Türkiyədə Türk Dünyası İş Forumu keçiriləcək

Sentyabrın 14-də İstanbulda Türk Dövlətləri Təşkilatı və Türk Dünyası İş Forumunun iqtisadiyyat və ticarətdən məsul nazirlərinin 12-ci toplantısı öz işinə başlayacaq.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Türk Dövlətləri Təşkilatından (TDT) bildirilib.

İclasda Türk dövlətləri arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq. Toplantıda üzv dövlətlərlə yanaşı, həm də müşahidəçilər iştirak edəcəklər.

Qeyd edək ki, toplantı 3 gün davam edəcək. İclasın moderatoru TDT-nin Baş katibi Kubanıçbek Omuraliyev olacaq. Əsas məruzə ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan çıxış edəcək.