Türkiyədə yanacaq daşıyan maşın partladı: ölü və yaralı var

Türkiyənin İstanbul şəhərində yanacaq daşıyan maşının partlaması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Türkiyədə yanacaq daşıyan maşın partladı: ölü və yaralı var
Türkiyənin İstanbul şəhərində yanacaq daşıyan maşının partlaması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

meqale.com Trend-ə istinadən bildirir ki, hadisə şəhərin Asiya tərəfindəki Ataşehir səmtində baş verib.

Məlumata görə, yanacaq daşıyan maşın qaynaq işləri zamanı partlayıb və daha sonra yanğın başlayıb.

Göztepe Təhsil və Araşdırma Xəstəxanasına aparılan yaralılardan birinin vəziyyəti ağırdır. Partlayışın dəqiq səbəbləri araşdırılır.