Türkiyədə yanan otellə bağlı yeni XƏBƏR

Türkiyədə yanvarın 21-də Grand Kartal otelində baş verən yanğınla bağlı Bolu Respublika Prokurorluğu tərəfindən istintaq davam etdirilir.

Türkiyədə yanan otellə bağlı yeni XƏBƏR
Türkiyədə yanvarın 21-də Grand Kartal otelində baş verən yanğınla bağlı Bolu Respublika Prokurorluğu tərəfindən istintaq davam etdirilir.

meqale.com türk mediasına istinadla xəbər verir ki, Baş Prokurorluğun apardığı araşdırmalar çərçivəsində daha iki nəfər saxlanılıb.

İstintaq çərçivəsində əvvəllər 28 şübhəli şəxs saxlanılıb, onlardan 19-u həbs edilib, 8-i sınaq müddəti olmaqla 9 nəfər sərbəst buraxılıb.

Qeyd edək ki, Türkiyənin Bolu bölgəsində yerləşən Kartalkaya xizəkçilik mərkəzində yanğın nəticəsində  78 nəfər həyatını itirib.