Türkiyədə yaşayış binasında FACİƏ: Ölənlər var - FOTO
Ankaranın Çankaya rayonunda 26 mərtəbəli binada baş vermis yanğında üç nəfər həlak olub.
meqale.com bu barədə DHA agentliyinə istinadla xəbər verir.
Ölənlərdən biri 3.5 aylıq körpədir. Yanğında xəsarət alan bir nəfərin vəziyyəti ağırdır.
Dünən axşam saatlarında başlamış yanğının səbəbi hələ məlum deyil.