Türkiyədə yeni neft quyusu qazılacaq

Sentyabr ayında Türkiyənin Van vilayətində yeni neft quyusunun qazılmasına başlanılacaq.

Türkiyədə yeni neft quyusu qazılacaq
Sentyabr ayında Türkiyənin Van vilayətində yeni neft quyusunun qazılmasına başlanılacaq.

meqale.com-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlama verib.

"Əsas məqsədimiz odur ki, Türkiyədə neft-qaz üçün kəşfiyyat aparılmayan yer qalmamalıdır. Kəşfiyyat işləri aparmağı planlaşdırdığımız sahələrdən biri də Orta və Şərqi Qara dəniz bölgəsidir. Həm Orduda, həm də Rizədə hədəflədiyimiz sahələr var", - deyə o, əlavə edib.

Xatırladaq ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.