Türkiyədə zəlzələ baş verdi

Səhər saatlarında Türkiyənin Adana bölgəsinin Saimbeyli rayonunda zəlzələ olub.

Türkiyədə zəlzələ baş verdi
Səhər saatlarında Türkiyənin Adana bölgəsinin Saimbeyli rayonunda zəlzələ olub.

meqale.com xəbər verir ki, bu barədə AFAD məlumat verib.

Yeraltı təkanlar yerli vaxtla 07:09-da (Bakı vaxtı ilə 08:09-da) 4.5 maqnitudada qeydə alınıb.

Zəlzələ ətraf rayonlarda da hiss edilib.

Dağıntı və insan itkisi ilə bağlı hələlik məlumat yoxdur.