Türkiyədən bu ölkəyə tekstil idxalı 30 milyon dolları ötdü

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Gürcüstana tekstil və tekstil üçün xammadə ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 1,9 faiz azalaraq, 33,3 milyon dollara bərabər olub.

meqale.com xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2024-cü ilin mart ayında Türkiyə Gürcüstana 10 milyon dollar məbləğində tekstil və tekstil üçün xammadə ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 12,8 faiz azdır", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyənin tekstil və tekstil üçün xammadə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz azaldaraq 2,4 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 818 milyon dollar məbləğində tekstil və tekstil üçün xammadə ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 9,1 faiz azdır.