Türkiyənin İpsala gömrük-keçid məntəqəsinin fəaliyyəti yenidən bərpa edildi

Türkiyə-Yunanıstan sərhədində yerləşən İpsala və Kipi gömrük-keçid məntəqəsi yenidən fəaliyyətə başlayıb.

Türkiyənin İpsala gömrük-keçid məntəqəsinin fəaliyyəti yenidən bərpa edildi
Türkiyə-Yunanıstan sərhədində yerləşən İpsala və Kipi gömrük-keçid məntəqəsi yenidən fəaliyyətə başlayıb.

meqale.com-ın TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Türkiyə-Yunanıstan sərhədində yerləşən Aleksandrupoli şəhərində 20 avqust tarixində baş verən yanğın səbəbilə İpsala gömrük-keçid məntəqəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdı.