Türkiyənin Qırğızıstana polad məhsulları ixracının həcmi açıqlandı

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Qırğızıstana polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 40,4 faiz azalaraq, 820,9 min dollara bərabər olub.

meqale.com xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"Bu ilin mart ayında Türkiyə Qırğızıstana 365,1 min dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 66,5 faiz azdır" - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artaraq, 1,5 milyard dollara çatıb.

Bu ilin mart ayında Türkiyə 4 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 12,2 faiz çoxdur.