Üç həftə sonra rus ordusu dilemma ilə üzləşəcək

Rusiya komandanlığı Avdeyevka üçün əlavə resurslar toplayır.

Üç həftə sonra rus ordusu dilemma ilə üzləşəcək
Rusiya komandanlığı Avdeyevka üçün əlavə resurslar toplayır.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko bildirib.

"Bu mərhələdə rus işğalçıları Avdeyevkada dayanmayacaq: yalnız yeni hücum dalğası onlara uğur gətirməsə, digər yerlərdəki problemləri nəzərə alaraq, Avdeyevka macərasını dayandıra bilərlər", - Kovalenko deyib.

O qeyd edib ki, Avdeyevka yaxınlığında ruslar hərbi-sənaye kompleksinin indi bir ay ərzində istehsal etdiyi texnika qədər texnikanı itiriblər:

"Yəni, Avdeyevka hücumu itkilərin ödənilməsinin aylıq prosesində ciddi disbalans yaradır".

O əlavə edib ki, növbəti üç həftə ərzində rusların uğursuz hücumlar nəticəsində itkiləri kompensasiya etmək üçün tərtib etdikləri resursları tükənəcək və dilemma ilə üzləşəcəklər.