Üç oyunçu İtaliya millisini tərk etdi
İtaliya millisinin 3 futbolçusu millinin düşərgəsindən ayrılıb.
meqale.com fanat.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb.
Söhbət Davide Kalabriya, Rafael Toloy və Aleks Meretdən gedir.
Futbolçular klublarından zədəli gəliblər. Onların forması noyabrda AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək görüşlərdə oynamağa mane olub.
İtaliya millisi Şimali Makedoniya (17 noyabr) və Ukrayna (20 noyabr) ilə oyun keçirəcək.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun