Ucarda da ağır yol qəza oldu - ölən və yaralananlar var - FOTO

Ucar rayonunda ağır yol qəzası baş verib.

Ucarda da ağır yol qəza oldu - ölən və yaralananlar var - FOTO
Ucar rayonunda ağır yol qəzası baş verib.

meqale.com report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KİA" markalı minik maşını yolda hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı betona çırpılıb.

Qəza zamanı bir qadın hadisə yerində həyatını itirib, 2 nəfər isə ağır bədən xəsarəti alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.