Uduzmamaq üçün amansız üsullar lazımdır - Nikolov
Müharibədə uduzmamaq üçün Ukraynaya 18 yaşından etibarən kişi və qadınların total səfərbər edilməsi, eləcə də məhbusların döyüşlərə cəlb edilməsi lazımdır.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin polkovnik-leytenantı Mixail Nikolov deyib.
"İndi əsas olan uduzmamaqdır. Deməli, uduzmamaq üçün səfərbərlik planı yox, amansız üsullar lazımdır", - deyə hərbçi qeyd edib.