UEFA Belçika – İsveç matçı ilə bağlı qərar verdi
UEFA AÇ-2024-ün seçmə mərhələsində keçirilən Belçika - İsveç matçı ilə bağlı qərar verib.
UEFA yarımçıq dayandırılan oyunun davam etdirilməməsini qərara alıb.
Oktyabrın 16-da keçirilən oyun vaxtı Brüsselin mərkəzində atışma nəticəsində iki nəfər öldürüldüyündən, komandalar ikinci hissədə meydana çıxmamışdılar. Həmin vaxt hesab 1:1 olub.
UEFA ikinci hissənin oynanılmamasına, 1:1-in yekun hesab kimi qəbul edilməsinə qərar verib.