"UFC Baku Fight Night"dan əvvəl döyüşçülər üz-üzə gəliblər - FOTO
Mütləq Döyüş Çempionatının (UFC) Azərbaycanda keçiriləcək turnirindən ("UFC Baku Fight Night") əvvəl MMA idmançıları rəqibləri ilə üz-üzə gəliblər.
meqale.com xəbər verir ki, idmançılar Bakı Kristal Zalında görüşüblər.
Gecədə mübarizə aparacaq döyüşçülər son olaraq çəkidən keçiblər.
Xatırladaq ki, "UFC Fight Night" 21 iyun tarixində ilk dəfə ölkəmizdə, "Baku Crystall Hall"da keçiriləcək. Gecədə əsas qarşılaşma keçmiş UFC yarımağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında olacaq.
Azərbaycan təmsilçilərinə gəldikdə isə yüngül çəkidə gecənin ikinci əsas döyüşü Rafael Fiziyevlə çilili İqnasio Baxamondes arasında keçiriləcək.