"UFC Fight Night": Nazim Sadıxov rəqibini nokaut etdi - FOTO
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş baş tutub.
meqale.com xəbər verir ki, təmsilçimiz Nazim Sadıxov braziliyalı Nikolas Motta ilə üz-üzə gəlib.
Sadıxov yüngül çəkidə çıxdığı görüşdə qalib gəlib. O, ikinci raundda rəqibini nokautla məğlub etməyi bacarıb.
Gecənin əsas döyüşündə ABŞ idmançıları Camal Hill və Halil Rountri qarşılaşacaqlar.