Ukrayna 36 meyit verib, 140 cəsəd geri aldı
Ukrayna və Rusiya arasında həlak olan hərbçilərin nəşinin dəyişdirilməsi prosesi baş tutub.
meqale.com axar.az-a istinadən xəbər verir ki, Ukraynanın Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahı 140 hərbçinin meyitinin təhvil alındığını bildirib.
Qeyd olunub ki, həlak olan əsgərlərin əksəriyyəti - 112 nəfər Donetsk istiqamətində döyüşüb.
Rusiya 36 hərbçinin cəsədini qəbul edib.