Ukrayna Belqoroda zərbə endirdi: bina dağıldı

Ukrayna ordusu PUA-larla Belqorodda üç yaşayış məntəqəsinə hücum edib.

Ukrayna Belqoroda zərbə endirdi: bina dağıldı
Ukrayna ordusu PUA-larla Belqorodda üç yaşayış məntəqəsinə hücum edib.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov Teleqram kanalında yazıb.

O bildirib ki, PUA-lardan biri Novopetrovka kəndində çoxmənzilli binaya çırpılıb və nəticədə binanın bir hissəsi uçub.

Qladkov ölən və yaralananlarla bağlı məlumat verməyib.