Ukrayna Bryanska kütləvi hücuma keçdi
Rusiya hava hücumundan müdafiə sistemləri Bryansk vilayətinin ərazisi üzərində üç saatdan az müddətdə 21 Ukrayna pilotsuz təyyarəsini vurub.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb.
Bildirilib ki, 21 PUA iyulun 26-sı, saat 21:00-dan 23:40-dək müddətdə məhv edilib.
Tələfat və itkilərlə bağlı məlumat verilməyib.