Ukrayna ilk "Abrams" tanklarını sentyabrda alacaq

Ukrayna sentyabrın ortalarında Amerikanın 10 "Abrams" tankını alacaq.

Ukrayna ilk
Ukrayna sentyabrın ortalarında Amerikanın 10 "Abrams" tankını alacaq.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Qeyd olunur ki, Ukraynanın bir qrup hərbçisi Amerikanın "M1 Abrams" tanklarında təlim proqramını başa vurub. Ümumilikdə 200-ə yaxın hərbçi ABŞ ordusunun Almaniyadakı poliqonlarında təlim keçib.

Bildirilir ki, "Abrams" tanklarının gəlişi Ukrayna Silahlı Qüvvələrinə əks-hücumda Rusiyanın müdafiə xətlərini yarmaq üçün lazım olan üstünlüyü verəcək.

Məlumata görə, on tank hazırda son təmir üçün Almaniyadadır.

Ümumilikdə ABŞ 31 "Abrams" tankını Ukraynaya təhvil verəcəyini vəd edib.