Ukrayna Kursk vilayətinə hücuma keçdi
Ukraynaya məxsus PUA Kursk vilayətində elektrik yarımstansiyasına partlayıcı qurğu atıb.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə regionun qubernatoru Roman Starovoyt məlumat yayıb.
"Səhər saatlarında Snaqost kəndində Ukraynaya məxsus PUA partlayıcı qurğunu elektrik yarımstansiyasına ataraq 7 yaşayış məntəqəsinin elektrik enerjisini kəsib. Sakinlərdən heç biri xəsarət almayıb", - məlumatda bildirilib.