Ukrayna müharibəsi bu məşhur ailəni dağıtdı - FOTO

Uzun müddətdir ki, ayrıldıqları deyilən 41 yaşlı müğənnni Vera Brejneva ilə 60 yaşlı məşhur bəstəkar Konstantin Meladze rəsmən boşanıb.

Ukrayna müharibəsi bu məşhur ailəni dağıtdı - FOTO
Uzun müddətdir ki, ayrıldıqları deyilən 41 yaşlı müğənnni Vera Brejneva ilə 60 yaşlı məşhur bəstəkar Konstantin Meladze rəsmən boşanıb.

meqale.com publika.az-a istinadən xəbər verir ki, bu barədə ukraynalı ifaçı özü sosial mediada məlumat yayıb. Cütlüyün yollarını ayırmağa qərar verməsinin əsas səbəbi isə Rusiya ilə Ukrayna arasında müharibənin başlanması olub.

"Müharibə, boşanma, transformasiya, minnətdarlıq, musiqi və səs - bütün bunlar ilk mini albomumdadır", - o, bildirib.

Məlumat üçün bildirək ki, onlar 2015-ci ildə İtaliyada nikah bağlamışdılar.

Onu da qeyd edək ki, bu, Vera Brejnevanın sayca 3-cü rəsmi nikahı idi. Konstantin Meladze isə 20 illik həyat yoldaşından 2013-cü ildə boşanıb.