Ukrayna nümayəndə heyəti əlavə məsləhətləşmələr üçün Ər-Riyadda qalır

Ukrayna nümayəndə heyəti ABŞ və Rusiya nümayəndələrinin görüşündən sonra əlavə məsləhətləşmələr aparmaq üçün Səudiyyə Ərəbistanında qalır.

Ukrayna nümayəndə heyəti əlavə məsləhətləşmələr üçün Ər-Riyadda qalır

Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti ofisinin müşaviri Sergey Leşşenko bildirib.

O əlavə edib ki, ötən gün Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü iki mövzunu əhatə edib.

"Bu, infrastruktur və gəmiçiliyin təhlükəsizliyidir. Söhbət qarşılıqlı atəşkəsdən gedirdi. Biz onların (rusların -red.) dənizdəki obyektlərinə hücum etmirik. Onlar bizim obyektlərimizə və limanlarımıza - Xerson, Nikolayev və böyük Odessa limanlarına hücum etmirlər ki, onlar fəaliyyət göstərə bilsinlər", - S.Leşşenko bildirib.

O vurğulayıb ki, danışıqlar kifayət qədər uzun çəkə bilər, lakin görüşlərin müntəzəm olacağı vəd edilir.