Qara dənizə çıxış hədəfdədir? - Odessa yenidən vuruldu

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinə hücum edib. Hücum nəticəsində bir nəfərin həyatını itirdiyi, dörd nəfərin isə xəsarət aldığı bildirilir. İlkin məlumatlara görə, ərazi ən azı beş dəfə atəşə tutulub.

meqale.com xəbər verir ki, Odessada yerləşən liman infrastrukturu və enerji obyektlərinin də hədəf alındığı qeyd olunur. Həmin zərbələrin məqsədinin Ukraynanın Qara dənizə çıxış imkanlarını məhdudlaşdırmaq olduğu ehtimal edilir.

Rusiya tərəfi Sumı və Donetsk vilayətlərində daha iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini açıqlayıb. Rəsmi Kiyev isə qarşı tərəfin Sumı vilayətinin Qrabivske kəndi ətrafında dövlət sərhədini pozduğunu və bunun nəticəsində 50-dən çox mülki şəxsin girov götürüldüyünü bəyan edib.

Xatırladılır ki, təhlükə ilə bağlı əhaliyə əvvəlcədən xəbərdarlıq edilib və evakuasiya çağırışı edilsə də, bəzi sakinlər bölgəni tərk etməkdən imtina etmişdi.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Ukrayna Ordusu baş verənləri Cenevrə Konvensiyasının pozulması kimi qiymətləndirir.