Ukrayna ordusu rusları bu bölgədən çıxartdı
Ukrayna Silahlı Qüvvələri Çasovoy Yar ərazisində müdafiəni uğurla həyata keçirir. Müdafiəçilər rus ordusunu Kanal mikrorayonundan sıxışdırıb çıxarıblar.
meqale.com lente istinadən xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Roman Svitan məlumat yayıb.
Bununla belə, ekspert bildirib ki, hazırda Donetsk vilayətində olan Toretsklə bağlı böyük problem var, çünki Rusiya ordusu Şumov və Drujba bölgələrində irəliləyib.