Ukrayna ordusunun Kurska hücumu... - Pentaqon
Pentaqon Ukrayna qoşunlarının Rusiya Federasiyasının Kursk vilayətində əməliyyatını eskalasiya hesab etmir.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Pentaqon rəsmisi Sabrina Sinqx çıxış edib.
"Bunun hər hansı bir şəkildə eskalasiya olduğuna inanmırıq. Ukrayna döyüş meydanında uğur qazanmaq üçün nə lazımdırsa, edir", - S.Sinqx deyib.
O əlavə edib ki, ABŞ Ukraynaya ehtiyacı olan vasitələrlə dəstəyini davam etdirəcək.