"Ukrayna öz ərazilərindən imtina etməyəcək"

Ukraynalılar torpaqlarını Rusiyaya verməyəcəklər.

Ukraynalılar torpaqlarını Rusiyaya verməyəcəklər.

meqale.com xəbər verir ki,  bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Ukraynanın ərazi məsələsinin cavabı artıq Ukrayna Konstitusiyasında var. Bundan heç kim geri çəkilməyəcək", - o deyib.

Zelenski vurğulayıb ki, Ukrayna sülhə gətirib çıxaracaq real qərarlara hazırdır. Lakin onun fikrincə, Ukraynaya qarşı yönələcək və Ukraynasız istənilən qərar sülhün əldə olunmasına mane olacaq.