Ukrayna PUA-ları vuruldu

Rusiyanın Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus üç pilotsuz uçuş aparatı (PUA) vurulub.

Ukrayna PUA-ları vuruldu
Rusiyanın Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus üç pilotsuz uçuş aparatı (PUA) vurulub.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Moskva vaxtı ilə saat 13:20 radələrində növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin ərazisində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib", - nazirliyin bəyanatında deyilir.

Qeyd edilib ki, sonra hava hücumundan müdafiə sistemləri saat 14:10 radələrində daha iki pilotsuz təyyarəni məhv edib.