Ukrayna Rostovda S-300 sistemini məhv etdi

Ukrayna ordusu Rusiyanın Rostov vilayətində, cəbhə xəttindən 160 km məsafədə yerləşən S-300 hava hücumundan müdafiə sistemini məhv edib.

Ukrayna Rostovda S-300 sistemini məhv etdi
Ukrayna ordusu Rusiyanın Rostov vilayətində, cəbhə xəttindən 160 km məsafədə yerləşən S-300 hava hücumundan müdafiə sistemini məhv edib.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "Defence Express" məlumat yayıb.

"Zərbə Ukrayna Hərbi Dəniz Qüvvələrinin ordunun digər bölmələri ilə əməkdaşlığı nəticəsində həyata keçirilib. Hücum "Neptun" raketləri ilə edilib", - məlumatda bildirilib.

Qeyd olunub ki, zərbənin məqsədi neft emalı zavoduna hücumlar üçün dəhliz yaratmaqdır.