Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
NATO Ukraynanın Rusiya ərazisindəki hərbi obyektlərə zərbə endirməsini qanuni hesab edir.
meqale.com publika.az-a istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.
"Ukraynanın özünü müdafiə hüququ var və buraya Ukraynadan kənarda qanuni hərbi obyektlərin vurulması da daxildir", - o qeyd edib.