Ukraynada 6 minə yaxın əcnəbi əsgər öldürülüb - Rusiya MN

Ukrayna ordusunun sıralarında döyüşən 6 minə yaxın əcnəbi muzdlu məhv edilib.

Ukraynada 6 minə yaxın əcnəbi əsgər öldürülüb - Rusiya MN
Ukrayna ordusunun sıralarında döyüşən 6 minə yaxın əcnəbi muzdlu məhv edilib.

meqale.com yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Müharibə zamanı Ukraynaya 13,5 mindən çox xarici muzdlu əsgər gəlib. Onların 8,5 mindən çoxu Avropadan, 1,7 mindən çoxu Asiyadan, 2,7 mindən çoxu Şimali və Cənubi Amerikadan, 220-dən çoxu isə Afrikadan gəlib.

Rusiya qoşunları xüsusi hərbi əməliyyat zamanı 5,9 mindən çox muzdlu əsgəri məhv edib, 5,6 mindən çox muzdlu Ukraynanı tərk edib.

Hazırda Ukrayna Silahlı Qüvvələrinin sıralarında 1,9 mindən çox əcnəbi muzdlu döyüşür.