Ukraynada deputatlar və məmurlar orduya səfərbər edilə bilər
Deputatların və məmurların hərbi xidmətə cəlb edilməsində dövlətə xəyanətdə ittiham olunan deputat Aleksandr Dubinskinin Ali Radaya təqdim etdiyi qanun layihələrinin dərhal nəzərdən keçirilməsi yolu ilə ədalətli səfərbərliyə çağıran Ukrayna prezidentinə müraciəti məcburi baxılması üçün lazım olan 25 min səs toplayıb.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna liderinin rəsmi saytında məlumat verilib.
"Biz Ukrayna Prezidentinə vətəndaşların, xüsusən də Ukraynanın xalq deputatları və dövlət qulluqçularının ədalətli səfərbərliyinə töhfə verəcək qanun layihələrinin təcili olaraq müəyyən edilməsi tələbi ilə müraciət edirik", - müraciətin mətnində deyilir.