Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti uzadıldı
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin uzadılması haqqında qanunları imzalayıb.
meqale.com xəbər verir ki, müvafiq məlumat Ukrayna parlamentinin teleqram kanalında dərc olunub.
"Volodimir Zelenski 2025-ci il noyabrın 5-dən hərbi vəziyyətin və ümumi səfərbərliyin 90 gün uzadılmasını nəzərdə tutan qanunları imzalayıb", - məlumatda deyilir.