Ukraynadakı münaqişəyə görə Baydeni günahlandırdı
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Co Bayden administrasiyasını Ukraynada münaqişəni təhrik etməkdə ittiham edib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, o bu barədə Mar-a-Laqoda (Florida) iqamətgahında jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, Rusiyanın xüsusi hərbi əməliyyata başlamasına məhz onun nümayəndələrinin səriştəsizliyi səbəb olub.