Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...
Ukrayna Ali Radasının 18 deputatı Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyinə etiraz edib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə UNİAN məlumat yayıb.
"Terrorizmi və separatizmi dəstəkləyən, korrupsiya qalmaqallarında iştirak edən, Rusiyanın postsovet ərazilərində təcavüzünün sponsoru olan bu adamın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsini qəbuledilməz və absurd hesab edirik. Nobel Komitəsini Vardanyanın əlaltılarının müraciətini rədd etməyə çağırırıq, çünki sübut olunmuş cinayətkarın sülh işinə xidmət etməsi mümkün deyil, o, dərhal Ukraynanın və ya NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməlidir", - bəyanatda bildirilib.