Ukraynalı ekspert: “Azərbaycanda prezident seçkiləri əlamətdar və simvolikdir”
"Azərbaycanda keçiriləcək prezident seçkiləri özünəməxsus mənada əlamətdar və simvolikdir. Bu, ərazi bütövlüyünü bərpa etmiş qalib ölkədə keçirilən prezident seçkiləridir".
meqale.com Secki-2024.az-a istinadən xəbər verir ki, bu fikirləri ukraynalı siyasi ekspert Andriy Lebid söyləyib.
Onun sözlərinə görə, Azərbaycanda keçiriləcək prezident seçkiləri yeni reallıq, yeni vəzifələr, məqsəd və istəklərlə bağlıdır:
"Bu gün Azərbaycanın təşəbbüsləri, gələcəklə bağlı proqnozları, xüsusən də azərbaycanlıların milli ideyasının əsaslarının müzakirəsi hər zamankından daha çox diqqət mərkəzindədir".
Andriy Lebid əlavə edib ki, yeni dövrün yeni hədəfləri olmalıdır: "Məhz Azərbaycan və azərbaycanlılar qlobal miqyasda transformasiyaya səbəb olublar. Bugünkü Azərbaycan dünyanın ən qüdrətli dövlətlərindən biridir və bir çoxlarına nümunə ola bilər. Azərbaycanın məqsədi müasir dünyada gedən proseslərlə ayaqlaşmaqdır. Üstəlik, qlobal inkişafın və dünya nizamının dəb və vektorlarını müəyyən etmək vacibdir. Yeni dövr başlayır və bu, Azərbaycan üçün uğurlu olacaq".