Ukraynalı hərbçilər bir-birilərini güllələdi
Xarkov vilayətində ukraynalı hərbçilər arasında silahlı atışma baş verib, nəticədə onlardan 3-ü ölüb, 4-ü isə yaralanıb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə "Xortitsa" əməliyyat-strateji qoşun qruplaşmasının məlumatında deyilir.
Bildirilib ki, hadisə şəxsi münasibətlər zəmnində baş verib.
Yaralı hərbçilərin tibb mərkəzinə çatdırıldığı, onlara lazımi yardımın göstərildiyi deyilir.