Ukraynalılar Polşada qəzaya düşdü - 9 yaralı - FOTO
Polşada içərisində Ukrayna vətəndaşlarının olduğu mikroavtobus qəzaya düşüb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Almaniya ilə sərhədə yaxın Svebodzin şəhərində qeydə alınıb.
Məlumata görə, avtobus yol təmiri xidmətinin texnikasına çırpılıb. Zərbə nəticəsində avtobus aşıb.
Qəza zamanı avtobusda olan 9 nəfər yaralanıb. Onlardan beşinin vəziyyəti ağırdır. Yaralılar arasında uşaqlar da var.