Ukraynanın bərpası bu məbləğə başa gələcək
Rusiya ilə münaqişədən sonra Ukraynanın bərpası 452,8 milyard avroya başa gələcək.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı məlumatda qeyd olunub.
"2023-cü il dekabrın 31-nə olan məlumata görə, Ukraynanın növbəti onillikdə yenidən qurulması və bərpası 486 milyard dollara (452,8 milyard avro) başa gələcək", - deyə məlumatda bildirilir.
Ötən il isə bu məbləğ 411 milyard dollar (383 milyard avro) olaraq qiymətləndirilirdi.