Ukraynanın hər yerində hava həyəcanı elan edildi
Rusiya təyyarəsinin havaya qalxması ilə əlaqədar bütün Ukrayna ərazisində hava həyəcanı elan edilib.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri "Telegram"da paylaşım edib.
"Bütün Ukrayna raket təhlükəsi altındadır! MiQ-31K-nın uçuşu qeydə alınıb", - paylaşımda deyilir.