Ukraynanın yeni müdafiə naziri seçildi
Ukrayna Ali Radası prezident Volodimir Zelenskinin təklifi ilə Rustem Umerovu yeni müdafiə naziri təyin edib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak məlumat verib.
Məlumata görə, Rustem Umerov 338 səs çoxluğu ilə Ukraynanın yeni müdafiə naziri seçilib.
Rustem Umerov 2019-2022-ci illərdə Ukrayna Ali Radasının IX çağırışının xalq deputatı kimi, 2022-ci ildən etbarən isə Ukraynanın Dövlət Əmlak Fondunun sədri kimi fəaliyyət göstərib.
Qeyd edək ki, Ali Rada sentyabrın 5-i müdafiə naziri Aleksey Reznikovun istefasını qəbul edib.