Ukraynaya 3,2 milyard avroluq yardım təsdiqləndi
Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya milyardlarla avro ayırmağa razılaşıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Aİ Şurası bu qərarı təsdiqləyib.
Belə ki, Avropa Dəstəyi Fondundan makromaliyyə yardımı kimi Ukraynaya 3,2 milyard avro ayrılacaq.
Ukrayna Milli Bankının (UMB) rəhbəri Andrey Pışnının sözlərinə görə, gələn il Ukraynanın xarici maliyyələşdirməyə ehtiyacı böyükdür. O, bildirib ki, 2026-cı ildə ölkənin Qərb tərəfdaşlarından təxminən 35 milyard dollar maliyyə yardımına ehtiyacı olacaq.