Ukraynaya yardım üçün "sehirli qazan"ımız yoxdur - ABŞ
Konqresin əlavə vəsaitin ayrılması ilə bağlı razılığı olmasa, Ağ Ev administrasiyasının Ukraynaya yardım etməsi mümkünsüz olacaq.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller danışıb.
"Konqres bu qanun layihəsini qəbul etməsə, bizim heç bir "sehrli qazan"ımız yoxdur", - Miller söyləyib.
Qeyd edək ki, ABŞ administrasiyası Ukrayna üçün Konqresdən 61 milyard dollar ayrılmasını tələb edir.