Uludağda hotel yandı - Ölən var

Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda yerləşən hotellərdən birində yanğın olub.

Uludağda hotel yandı - Ölən var

Yanğın nəticəsində xəsarət alanlar olub.

Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Mustafa Bozbey bildirib ki, yanğında bir nəfər ölüb.

Hazırda yanğının qarşısının alınması üçün tədbirlər davam etdirilir.

Qeyd edək ki, turizm fəaliyyəti göstərməyə dair sənədi olmadığı üçün yanvar ayında hotelin bağlanılmasına qərar verilib.