Ünvan soruşdu, bilmədiyi üçün oğlanı güllələdi - Türkiyədə qəribə hadisə - FOTO
Türkiyənin Bursa şəhərində bir nəfərin ağır yaralanması ilə nəticələnən silahlı insident yaşanıb.
meqale.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, piyadalardan biri kafenin qarşısında dayanan şəxsdən ünvan soruşub. Cavab ala bilməyən şəxs silahla kafenin qarşısında dayanan şəxsi ayağından yaralayaraq hadisə yerindən uzaqlaşıb.
Polis cinayəti törədən şəxsi axtarır.