Ürəkparçalayan hadisə - Polislər evə girəndə dəhşət yaşadı: 2 yaşlı uşaq... - FOTO
İngiltərədə ürəkparçalayan hadisə baş verib.
meqale.com xarici mətbuata istinadla bildirir ki, 2 yaşlı uşaq atasının meyiti ilə 5 gün yaşamaq məcburiyyətində qalıb. O, acından ölüb.
Bronson Battersby adlı uşaq 60 yaşında ürəktutmadan vəfat edən atasının yanında can verib.
Yanvar ayının 2-də onların evinə gedən şəxs qəribəlik hiss edib və polisə müraciət edib. Hadisə yerinə gələn polis əməkdaşları ürəkparçalayan mənzərənin şahidi olublar.