Urmiyada yaşayış binasında partlayış - ölənlər var
İranın Urmiya şəhərində yaşayış binasında partlayış baş verib. meqale.com APA-ya istinadən bildirir ki, bu barədə ISNA məlumat yayıb. Hadisə yerinə Qızıl Aypara Cəmiyyətinin 5 əməliyyat qrupu göndərilib.
İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb, 1 nəfər isə dağıntılar altında qalıb. Xilasetmə qüvvələri ərazidə çalışır.