Uşaq müəssisələrində göstərilən xidmətlərlə bağlı tələblər təsdiqləndi
Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər təsdiqlənib.
meqale.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti müvafiq qərar imzalayıb.
Sənədə əsasən, bu Tələblərdə dövlət və qeyri-dövlət uşaq müəssisələri dedikdə aşağıdakılar nəzərdə tutulur:
təhsil müəssisələri; sosial xidmət müəssisələri; açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri; yetkinlik yaşına çatmayanların tərbiyə müəssisələri; yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzləri; tibb müəssisələri; qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılan digər dövlət və qeyri-dövlət müəssisələri.
Müəssisələrdə göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər yuxarıda qeyd edilən müəssisələr üzrə onların qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə müvafiq olaraq aşağıdakı sahələri əhatə edir:
müəssisələrdə xidmətlərin təşkili; yaşayış şəraiti; qidalanma; sağlamlığın mühafizəsi; təlim-tərbiyə və asudə vaxtın təşkili.
Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblərlə bu linkdən tanış ola bilərsiniz.