“Uşaq təhsili unudulub - Binalar bağçasız tikilir” - Parlamentdə məsələ qaldırıldı

"Yeni tikilən hər binada məktəbəqədər təhsil müəssisələri olmalıdır".

“Uşaq təhsili unudulub - Binalar bağçasız tikilir” - Parlamentdə məsələ qaldırıldı
"Yeni tikilən hər binada məktəbəqədər təhsil müəssisələri olmalıdır".

meqale.com xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov parlamentin iyunun 24-ü keçirilən iclasında deyib.

Deputat bildirib ki, bu gün məktəbəqədər təhsil müəssisələrinin sayı azdır.

"Hazırda ölkədə 1700-ə yaxın məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir, onların bir qismi özəldir. Yeni tikilən hər yaşayış binasında belə müəssisələrin yaradılması vacibdir. Ailəni dolandırmaq üçün adətən hər iki valideynin işləməsi lazım gəlir və bu zaman uşaqların yerləşdirilməsi və təhsili xüsusi əhəmiyyət kəsb edir", ‒ nazir əlavə edib.