Uşaqlar kimsəsiz adada ilişib qaldılar - FOTO
Rusiyanın Primorsk diyarının Askold adasında gənclərin elmi-maarifləndirici görüşünə qatılan 17 uşaq orada ilişib qalıb.
meqale.com oxuya istinadən bildirir ki, şaqlar avqustun 5-dən materikə qayıda bilmirlər. Səbəb pis hava şəraiti və yüksək dalğalardır. Bu barədə regional Mülki Müdafiə və Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
"Gənclərin elmi-maarifləndirici görüşü avqustun 5-də başa çatsa da, pis hava şəraiti uşaqların adanı tərk etmələrinə imkan vermir", - nazirliyin "Telegram" kanalında bildirilib.
Düşərgə təşkilatçıları vəziyyəti nəzarətdə saxlayırlar. Adada uşaqlarla birlikdə bu cür vəziyyətlərə hazırlıqlı olan böyüklər də var. Onların 50 nəfərlik dərman, su, bir həftəlik qida ehtiyatı var.